BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabineti qərar verdi: Oktyabrın 1-dək uzadıldı

Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

 

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

 

Pravda.az-ın xəbərinə görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Covid-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

 

Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.

Tarix: 26 Avqust 2020, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin