BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda oğul öldürüldü - Anasının da meyiti tapıldı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib.

 

Pravda.az-ın "Unikal"a istinadən məlumatına görə, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib.

 

Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

 

***

 

TƏBİB-dən bildirilib ki, bu gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ərazisindən çağırış qeydə alınıb.

 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (1 qadın, 1 kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Tarix: 28 Sentyabr 2026, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin