BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə klub idarəçisi olan 448 nəfərin mərc oynadığı müəyyənləşib, onların arasında “Trabzonspor”in prezidenti də var

Türkiyə Futbol Federasiyası (TFF) son 5 il ərzində Super Liqa və 1-ci Liqa klublarında idarəçi kimi çalışmış 448 nəfəri mərc oynadıqları müəyyənləşdiyi üçün Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.

 

Həmin şəxslər Futbol İntizam Təlimatının 57-ci maddəsinə əsasən PFDK-ya göndəriliblər.

 

Siyahıda “Trabzonspor”un prezidenti Ertuğrul Doğan da yer alıb.

 

Super Liqanın 4 böyük klubundan PFDK-ya göndərilən şəxslər bunlardır:

 

“Beşiktaş”: Tarkan Şer, Kerem Gürel, Fırat Fidan, Miraç İltuğ Sungur, Kadir Kılıç, Mustafa Mollaoğlu, Hakan Daltaban, İbrahim Kemal Barış Dillioğlu, Enis Ulusoy, Serhan Çetinkaya.

 

“Fənərbaxça”: Eren Ali Dişli, Bekir Erdem, Erdem Sezer.

 

“Qalatasaray”: Emir Aral, Özgür Işıtan Gün, Ali Yüce, Maruf Güneş, Ural Aküzüm.

 

“Trabzonspor”: Yalçın Orhan, Zeyyat Kafkas, Murat İskender, Kemal Ertürk, Taner Fikret Saral, Lokman Sadıklar, Şenol Kaynar, Ertuğrul Doğan, Abdulkadir Ferda Başkan, Semih Hekimoğlu, Derviş Köz, İbrahim Şahinkaya, Ceyhun Eskici.

 

Apasport

Tarix: 30 Sentyabr 2026, 19:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin