BURADA REKLAMINIZ OLA
BİLƏR

Nailə Kələntərli prorektor təyin edildi

Azərbaycan İdman Akademiyasına yeni prorektor təyin olunub.

 

Pravda.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, mexanika elmləri doktoru, professor Nailə Kələntərli Azərbaycan İdman Akademiyasının elm və innovasiyalar üzrə prorektoru təyin edilib.

 

O, son təyinata qədər ali məktəbin elm və innovasiya üzrə prorektorunun müşaviri vəzifəsində işləyib.

 

Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsi Gənclər və İdman Nazirliyinin tabeliyindədir.

Tarix: 2 Oktyabr 2026, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin