BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmin Quliyev bu dövlət qurumunda vəzifəyə təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat baş tutub.

 

Pravda.az Yurd.Media-ya istinadən xəbər verir ki, Elmin Quliyev Agentlikdə Dərman vasitələri və tibb məmulatları şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

 

O, daha əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu ilin martında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.

Tarix: 2 Oktyabr 2026, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin