BURADA REKLAMINIZ OLA
BİLƏR

“PAŞA Bank” “S&P Global”ın kredit reytinqindən imtina etdi

“S&P Global Ratings” “PAŞA Bank” ASC-nin uzun və qısamüddətli kredit reytinqlərini bankın müraciəti əsasında geri götürüb.

 

Bu barədə reytinq agentliyindən bildirilib. Bununla bağlı qərar oktyabr ayının 1-də verilib.

 

Məlumata görə, reytinqlər geri götürülənədək bankın uzunmüddətli emitent kredit reytinqi “BB-”, qısamüddətli emitent kredit reytinqi isə “B” səviyyəsində olub.

 

Uzunmüddətli reytinq üzrə proqnoz reytinqlərin geri götürüldüyü tarixədək “müsbət” olaraq qalırdı.

 

Qeyd edək ki, “S&P Global Ratings” 2026-cı ilin martında Azərbaycanın maliyyə institutları üzrə tənzimləmə mühitinin güclənməsi fonunda bir sıra reytinq qərarları açıqlamışdı. Reytinq agentliyi həmçinin, “PAŞA Bank”ın kredit reytinqini təsdiqləmişdi./Plat.az

Tarix: 2 Oktyabr 2026, 11:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin