BURADA REKLAMINIZ OLA
BİLƏR

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Səudiyyə Ərəbistanı hakimiyyəti cümə günü Məkkədəki Məscidül-Həramda terrorçu-kamikadze ilə bağlı xəbərləri təkzib edərək bildirib ki, insident bir kişinin yoldan keçənlərə sataşması və qorxuya səbəb olması ilə bağlıdır. Həmin şəxs bu əməllərə görə saxlanılıb.

 

Bu barədə “X” sosial platformasında dərc olunan bəyanatda deyilir: “Müqəddəs paytaxtdakı təhlükəsizlik orqanları yoldan keçənlərə sataşdığına, onların arasında qorxu və təşviş yaydığına görə bir nəfəri həbs edib və dərhal tədbir görülüb. Təhlükəsizlik orqanları hadisə ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını təsdiqləyir”.

 

Bəyanatda şübhəli şəxs haqqında əlavə məlumat verilməyib.

 

Sosial mediada daha əvvəl yayılan xəbərlərdə iddia olunurdu ki, partlayıcı jilet geyinmiş terrorçu-kamikadze İslamın ən müqəddəs ziyarətgahı olan Məscidül-Həramda təhlükəsizlik işçiləri tərəfindən yaxalanıb./Azərtac

 

 

Tarix: 2 Oktyabr 2026, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin