BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbdə şagirdlər evdən gətirilən şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Sumqayıtda şagirdlərin evdən gətirilmiş qənnadı məmulatından zəhərləndiyi ehtimal edilir.

 

Bu barədə Abşeron-Xızı Regional Təhsil idarəsindən məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 2-də Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib.

 

Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.

 

Açıqlamada qeyd olunub ki, ilkin ehtimallara əsasən şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən edilib:

 

“Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".

Tarix: 2 Oktyabr 2026, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin