BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadına zorakılıq etdiyi iddia olunan rəqqas Nicat Azadlı polisə çağırıldı - VİDEO

Rəqqas Nicat Azadlının həyat yoldaşının ona qarşı fiziki və psixoloji zorakılıq olunduğunu iddia etdiyi hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.

 

Pravda.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli verib.

 

"Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib", - deyə L.İsrəfilli bildirib./Oxu.Az

 

 

Tarix: 2 Oktyabr 2026, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin