BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaynadılmış qarğıdalını daha yumşaq və ləzzətli etmək üçün bu üsulu sınayın

Yay aylarının sevilən təamlarından olan qaynadılmış qarğıdalını evdə də küçədə satılanlar qədər yumşaq və ləzzətli hazırlamaq mümkündür.

 

Pravda.az bildirir ki, bunun üçün bişirmə zamanı istifadə edilən suya iki məhsul əlavə etmək kifayətdir.

 

Əvvəlcə dənələri dolğun, parlaq və açıq rəngli təzə qarğıdalılar seçilməlidir. Təmizlənmiş qarğıdalılar qazana yerləşdirildikdən sonra üzərini keçəcək qədər su əlavə olunur.

 

Əsas məqam isə məhz bu mərhələdə başlayır. Qarğıdalıların bişəcəyi suya 1 stəkan süd və 1 çay qaşığı şəkər əlavə edilir. Süd qarğıdalı dənələrinin daha yumşaq olmasına kömək edir, şəkər isə onun təbii dadını daha da önə çıxarır.

 

Duzu nə vaxt əlavə etmək lazımdır?

Qarğıdalı bişirilərkən edilən ən böyük səhvlərdən biri duzu əvvəlcədən suya əlavə etməkdir. Duzun bişirmə suyuna erkən atılması qarğıdalı dənələrinin sərtləşməsinə və istənilən yumşaqlığa çatmamasına səbəb ola bilər.

 

Bu səbəbdən qarğıdalı tam bişdikdən sonra sudan çıxarılmalı və duz ən sonda əlavə edilməlidir. Beləliklə, evdə hazırlanan qarğıdalının daha yumşaq, sulu və ləzzətli olması mümkündür.

 

Əminə Bayramova

Tarix: 2 Oktyabr 2026, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin