BURADA REKLAMINIZ OLA
BİLƏR

Qış hazırlıqları: Közlənmiş badımcanı belə saxlayın

Yay aylarının ən ləzzətli tərəvəzlərindən olan badımcanı qışda da süfrədən əskik etməmək mümkündür. Xüsusilə odun və ya manqal üzərində közlənmiş badımcan qış aylarında hazırlanan salat, məzə və yeməklərə yay dadı qatır.

 

Pravda.az bildirir ki, qış üçün közlənmiş badımcan hazırlamaq istəyənlərə iri və ətli bostan badımcanlarından istifadə etmək tövsiyə olunur. Belə badımcanlar yüksək temperaturda közləndikdə içi qurumur və daha yumşaq alınır.

 

Badımcanları əvvəlcə yaxşıca yumaq, saplarının ətrafındakı iti hissələri təmizləmək, lakin sap hissəsini saxlamaq lazımdır. Daha sonra yüksək odda və ya odun kömüründə bütün tərəfləri yumşalana qədər közlənir. Közlənmiş badımcanlar bir müddət paketdə saxlanıldıqdan sonra qabıqları daha asan soyulur.

 

Soyulmuş badımcanların qaralmasının qarşısını almaq üçün onları limon suyu əlavə edilmiş suda saxlamaq məsləhətdir. Ardınca badımcanların artıq suyu süzülür və istifadə olunacaq miqdarlara uyğun olaraq soyuducu paketlərinə yerləşdirilir. Paketlərin içində mümkün qədər hava saxlamamaq və ağzını möhkəm bağlamaq vacibdir.

 

Hazırlanan paketlər daha sonra dondurucuya qoyulur. Qışda isə badımcanı dondurucudan çıxarıb əridərək badımcan salatı, köz badımcan məzəsi və müxtəlif yeməklərin hazırlanmasında istifadə etmək olar.

 

Əminə Bayramova

Tarix: 2 Oktyabr 2026, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin