BURADA REKLAMINIZ OLA
BİLƏR

Komitə sədri maaş və pensiya artımlarından danışdı - VİDEO

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıda duran vəzifələri müəyyənləşdirib və Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirib.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev YAP-ın VIII Qurultayı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, qurultay Azərbaycanın və xalqın həyatında olduqca əlamətdar hadisədir.

 

“Prezident İlham Əliyev orada çox əhəmiyyətli məsələləri vurğuladı və proqram xarakterli çıxış etdi. Qarşıda duran vəzifələri göstərdi və təkcə bizə göstərmədi, həm də dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan güclü dövlətdir”, - deyə Musa Quliyev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını özü işğaldan azad edən və özü bərpa edən dövlətdir.

 

“Azərbaycan öz torpaqlarını özü işğaldan azad etmiş və özü bərpa edən bir dövlətdir”, - komitə sədri deyib.

 

Musa Quliyev qeyd edib ki, Azərbaycan hər kəslə dostluq münasibətləri qurmaq istəyən və həmin münasibətləri də adekvat şəkildə qiymətləndirən ölkədir.

 

O bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı davam edir.

 

“Gələn ildən həm əməkhaqları artacaq, pensiyalar, müavinətlər artacaq. Bu da əhalinin sosial rifahına müsbət təsir edəcək”, - deyə Musa Quliyev vurğulayıb.

 

Komitə sədri bildirib ki, bu, həm də Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, dünənin, bu günün və sabahın partiyası olduğunu göstərir.

 

“Azərbaycan xalqı da öz sabahını Yeni Azərbaycan Partiyasına bağlamaqda, Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləməkdə tamamilə haqlıdır”, - Musa Quliyev deyib./Unikal

 

Tarix: 2 Oktyabr 2026, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin