BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Pensiya yaşının azaldılmasına kifayət qədər qarşı çıxanlar var”

Milli Məclisdə deputat Musa Quliyevin pensiya yaşının azaldılması ilə bağlı “Nəinki ölkəmizdə, dünyanın heç bir yerində pensiya yaşının azaldılması istiqamətində hər hansı meyil və ya tendensiya yoxdur” çıxışı birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə isə pensiya yaşının artırılmasının məntiqli olduğu halda azaldılmasının mümkün olmadığı müzakirə edilir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, pensiya yaşının artırılması məsələsi hər zaman mübahisə doğurur.

 

Onun sözlərinə görə, elə azaldılmasına da qarşı çıxanlar kifayət qədər var: “Ona görə bu cəmiyyətdə birmənalı qarşılanan məsələ deyil. Burada daha çox ölüm yaşı ilə müəyyən olunur. Beynəlxalq standartlarda 12 il müddət əsas götürülür. Ona görə də bu sırf elmi mülahizələrlə həyata keçirilməlidir, kiminsə istəyi ilə olmur. Vətəndaşların çoxluğunun istəyi ilə də məsələ həllini tapsa, yenə də narazılıq yaranacaq. Bu səbəbdən burada elmi beynəlxalq standartlar nəyi tələb edirsə, o formada məsələyə baxılır. Burada daha çox ölüm yaşının meyar olaraq götürüldüyü və ona uyğunlaşdırılması məsələsi nəzərdə tutulur. Hesab edirəm ki, bu istiqamətdə hökumət tərəfindən də müəyyən araşdırmalar aparılır, eləcə də parlamentdə də məsələyə müəyyən həssas yanaşma var. Hər halda vətəndaşı razı sala biləcək, ümumi çoxluğun marağına uyğun ola biləcək qərarın qəbul olunmasını hamımız arzulayırıq”.

 

Şəhanə Qədirli

Tarix: 2 Oktyabr 2026, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin