BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni imkan: 8%-dən başlayan güzəştli kredit və hissəli alış

Nərimanovda mənzil axtaranlar üçün yeni imkan: tikintisi davam edən mənzillər yeni satış şərtləri ilə

 

Tikintisi davam edən layihədən mənzil seçmək həm daha geniş seçim imkanları yaradır, həm də gələcək dəyər artımından yararlanmaq üçün fürsət verir. Xüsusilə şəhərin mərkəzinə yaxın ərazilərdə bu mərhələdə mənzil seçmək gələcək üçün düşünülmüş addımlardan biri ola bilər. Bu baxımdan Nərimanovda yerləşən City Garden Narimanov layihəsində tikintisi davam edən mənzillər üçün yeni satış şərtləri alıcılara əlavə imkanlar yaradır. Mənzilləri illik 8%-dən başlayan güzəştli kredit şərtləri ilə əldə etmək mümkündür.

 

 

Layihədə müxtəlif ehtiyaclara uyğun 60,30–150,67 kv.m sahəsində, 2 otaq studiyadan 4 otağa qədər premium təmirli mənzil seçimləri təqdim olunur. Daha geniş və fərqli yaşam tərzi istəyənlər üçün şəxsi bağçalı mənzillər də mövcuddur. Hazırda 47 800 manatdan başlayan ilkin ödənişlə 60,30 kv.m sahəsində 2 otaq studiya, premium təmirli mənzil əldə etmək mümkündür.

 

City Garden Narimanov-un yerləşdiyi ərazi də bu seçimi daha cəlbedici edir. Layihə Nərimanovda, Heydər Əliyev prospektinə və “N.Nərimanov” metro stansiyasına qısa məsafədə yerləşir. Şəhərin əsas istiqamətlərinə rahat çıxış, gündəlik ehtiyac duyulan məkanlara yaxınlıq və mərkəzi mövqe həm yaşayış rahatlığını artırır, həm də daşınmaz əmlakın gələcək dəyəri baxımından əhəmiyyət daşıyır.

 

 

Mənzillərdə Avropa istehsalı və tanınmış brendlərin materiallarından istifadə olunur. Döşəmələrdə Almaniya istehsalı “HARO” parketləri, elektrik açarlarında İtaliyanın “GEWISS” brendi, elektrik sistemində İtaliya istehsalı “Prysmian” yanmayan kabelləri tətbiq edilir. Divarlarda “Zambaiti Parati” divar kağızlarından, hamam aksesuarlarında Almaniyanın “GROHE” brendindən istifadə olunur. Sanitar qovşaqlar və ümumi sahələrdə isə İtaliyanın “Infinity” keramoqranitlərinə üstünlük verilir.

 

City Garden Narimanov yalnız mənzil seçimləri ilə deyil, geniş infrastrukturu ilə də fərqlənir. Meqa yaşayış kompleksi formatında qurulan layihənin ərazisində 17,4 hektar yaşıllıq sahəsi, qaçış, yürüş və velosiped zolaqları, açıq və qapalı hovuzlar, uşaq oyun meydançaları, fitness mərkəzi və digər imkanlar nəzərdə tutulub.