BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyan və Saatlıda ağaclar qanunsuz kəsilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Salyan və Saatlı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatına görə, araşdırma zamanı Salyan rayonunun Sarvan kəndi və Saatlı rayonunun Sarıcalar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 47 540 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Tarix: 2 Oktyabr 2026, 17:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin