BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bu rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək.

 

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Təmir işləri ilə əlaqədar saat 00:00-dan 02:00-dək Ceyhun Hacıbəyli, Hənifə Ələsgərov, İmran Qasımov, Qulu Quliyev, Mirəli Qaşqay, Mirəsədulla Mirqasımov, Nazim Hacıbəyov küçələri, Azadlıq və Vaqif prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Tarix: 3 Oktyabr 2026, 20:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin