BURADA REKLAMINIZ OLA
BİLƏR

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Turan Tovuz” bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

 

Qərb təmsilçisi Türkiyənin “Fənərbaxça” klubu ilə üz-üzə gəlib.

 

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Matç saat 20:00-da başlayıb.

 

Oyun İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yoxlama matçı

 

3 oktyabr

 

20:00. “Turan Tovuz” – “Fənərbaxça” 0:2

 

Qol: N. Kante, 60, Ç. Balta, 74

 

Tofiq Bəhramov adına Respublika Stadionu

 

“Turan Tovuz”: 35 Aleksey Kenyakin, 5 Roderik Miller, 21 Stiv Beusnar, 23 Alexandro Serrano, 77 İbrahima Vadji, 15 Emmanuel Hakman (k), 32 Hayderson Hurtado, 7 Xorxe Silva, 25 Denis Marandiçi, 11 Dioqo Balau, 28 Aleksa Yankoviç.

 

Ehtiyat oyunçular: Mehman Hacıyev, ​Enrike Silva, ​Roberto Olabe, ​Xəyal Nəcəfov, ​David Tavares, Sadiq Şəfiyev, ​Faiq Hacıyev

 

​Baş məşqçi: Qurban Berdıyev

 

“Fənərbaxça”: 34 Mert, 27 Semedo, 3 Braun, 6 Quendouzi, 22 Levent, 59 Efe Yılmaz, 91 Kante, 10 Asensio, 11 Qrinvud, 54 Çağrı, 99 Alaetti

 

Ehtiyat oyunçular: Ederson, Tarık, Doruk, Gökmen, Ercüment, Baran, Adnan Efe, Onur, Yiğit, Selahattin

 

Baş məşqçi: İsmail Kartal

 

Apasport

Tarix: 4 Oktyabr 2026, 00:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin