BURADA REKLAMINIZ OLA
BİLƏR

Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - VİDEO

Azərbaycanda problemli kreditlərin məbləği 721,8 milyon manata çatıb.

 

İlin əvvəlindən vaxtı keçmiş kreditlərin həcmində əhəmiyyətli artım qeydə alınıb.

 

Mərkəzi Bankın açıqladığı məlumata görə, 2026-cı il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 37,6 faiz çoxdur.

 

Ekspert Xalid Kərimli bildirib ki, problemli kreditlərin sürətlə artması xüsusilə borclu vətəndaşlar üçün maliyyə çətinliklərini artıra bilər. Yəni, gecikmiş ödənişlər əlavə faiz və cərimələrin yaranmasına  nəticədə borc yükünün artmasına səbəb olur.

 

"Ölkədə kreditlərin böyük hissəsi biznesə deyil, məhz istehlak məqsədlərinə verilir. Bu cür kreditlər gəlir gətirmədiyi üçün geri qaytarılması daha riskli olur",- deyə ekspert vurğulayıb.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 4 Oktyabr 2026, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin