BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: "Güzəşt olmayacaq"

“Tələbərlə bağlı yardım və güzəştin kimə şamil olunması ilə bağlı fərqli fikirlər olur”.

Pravda.az-ın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, bəzən yaxşı oxuyan şagirdlərə yardım və güzəşt edilməsi təklfi olunur: “Ancaq yaxşı oxuyanların bəzən buna ehtiyacı olmur. Mən yardımın ehtiyacı olanlara edilməsinin tərəfdarıyam”.

Təhsil naziri qeyd edib ki, bütün ailələr pandemiya şəraitində eyni təsirlərə məruz qalmayıblar: “Ona görə də güzəştlərin ehtiyac meyarı üzrə verilməsi vacibdir”.

Tarix: 27 Avqust 2020, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin