BURADA REKLAMINIZ OLA
BİLƏR

Nadir Qafarzadə bloqerlər haqqında danışdı: “Görməmişlər” - VİDEO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə sahib olduqlarını və aldıqları hədiyyələri nümayiş etdirənləri tənqid edib.

 

Sənətçi “Sevilən səhər” proqramında bu cür paylaşımların insanlarda paxıllıq və narazılıq yarada biləcəyini deyib. Nadir belə adamları "görməmiş" adlandırıb:

 

“Çalışaq ki, hər şeyi göstərməyək. Bu, məndə var, filankəsdə yoxdur: göz qalır, nəfs tökülür. Əhvalı pozulur ki, niyə məndə yoxdur? İnsanda başlayır həmin adama qarşı əsəb yaranmağa. Nifrət edir ki, mənə acıq verirsən? Maşının var, əla, təzə almısan, yaxşı. Yeni dəb düşüb, maşın alıb açırlar, üstünü soyurlar. Görməmişsiniz? Camaat tank, təyyarə sürür. Bunlar görməmişlikdir”.

 

Qeyd edək ki, son günlər bloqerlər arasında yeni avtomobili "unpacking" etmə dəbi yayılıb./Axşam.az

 

Tarix: 6 Oktyabr 2026, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin