BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq

Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.

 

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, 07.10.2026-cı il tarixində səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.

 

"Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik", - məlumatda qeyd olunub.

Tarix: 6 Oktyabr 2026, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin