BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Oktyabrın 7-də 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

 

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, buna görə sabah saat 14:00-dan 18:00-dək Naxçıvan şəhərinin 56, 59, 60, 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun, H.Rəhmanov küçələrində, Hərbi şəhərcik-1-də, Universitet şəhərciyində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

 

 

Tarix: 6 Oktyabr 2026, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin