BURADA REKLAMINIZ OLA
BİLƏR

Qətlə yetirilən Fatimənin fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib.

 

Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

***

10:54

 

Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib.

 

Hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb.

 

Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib.

 

F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub.

 

Araşdırma aparılır./APA

Tarix: 7 Oktyabr 2026, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin