BURADA REKLAMINIZ OLA
BİLƏR

Azyaşlı ögey övladını öldürmək istəyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən Rəşad İsmayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti edilməyib.

 

Qeyd: Hadisə 2024-cü ilin sentyabrında Türkan qəsəbəsində baş verib. Qəsəbə ərazisində yaşayan qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.

 

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

 

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad İsmayılov 15 il azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 8 Oktyabr 2026, 09:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin