BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu avtobus marşrutlarının da hərəkət sxemi dəyişdirildi

Paytaxtın Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Məlumata görə, məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

 

Marşrutların fəaliyyət istiqamətləri:

 

- 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı;

 

- 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;

 

- 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun “Əhmədli” stansiyası.

Tarix: 8 Oktyabr 2026, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin