BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Kahramanmaraşın “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır. Sakinlər 2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərin nəticələrini unutmağa çalışarkən, Azərbaycan hökumətinin dəstəyi ilə tikilmiş yeni yaşayış kompleksində pərakəndə satış məntəqələri açılır.

 

Bu barədə Türkiyənin 53 mindən çox sakininin ölümünə səbəb olan zəlzələlərin episentri olan şəhərdən reportajında “Akit” qəzeti məlumat yayıb.

 

Nəşrdə Azərbaycanın Türkiyədəki fəlakət zonasının bərpasına verdiyi töhfə vurğulanıb.

 

“Uzun fasilədən sonra küçələrdə mağazalar yenidən açılmağa başlayıb. Sakinlər məhəllədən çıxmadan gündəlik ehtiyaclarını ödəyirlər. Küçələr yenidən canlanır”, - deyə nəşr “Azərbaycan” məhəlləsində bazarlar açan sahibkarlar Nisanur Kaman və Duran Çetinkayaya istinadla yazır.

 

Bazar sahibləri məhəllədəki vəziyyətdən məmnun olduqlarını bildiriblər və müştərilərin sayında davamlı artım olduğunu qeyd ediblər./Azərtac

Tarix: 8 Oktyabr 2026, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin