BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Suraxanı rayonunun Günəşli qəsəbəsində İlqar Musayev küçəsində təmir işləri aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, təmir işləri İlqar Musayev küçəsinin Etibar Bəkirli küçəsi ilə kəsişməsindən Surxay Noçuyev küçəsi ilə kəsişməsinədək olan hissəni əhatə edir.

 

Təmir işləri başa çatanadək həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.

Tarix: 9 Oktyabr 2026, 10:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin