BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəbrayılda minaya düşən kişinin vəziyyəti ilə bağlı xəbər var

Cəbrayıl rayonu ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1966-cı il təvəllüdlü şəxs (kişi) dünən saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.

 

Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

Tarix: 9 Oktyabr 2026, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin