BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

 

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

 

Xəsarət alan olmayıb.

 

***

 

17:29

 

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB  - VİDEO  - FOTO

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB  - VİDEO  - FOTO

 

Tarix: 9 Oktyabr 2026, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin