BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı araşdırma aparılır

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman reaksiyası ilə bağlı hadisə TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır. İstifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-nün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

 

Sözügedən uşaqlar respirator virus infeksiyası səbəbi ilə hadisədən əvvəl xəstəxanada müalicə alıblar.

Tarix: 9 Oktyabr 2026, 19:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin