BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya kapitallarında nə üçün azalma baş verib? - Dövlət Fondu səbəbi açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb.

 

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili sosial media hesabında bununla bağlı paylaşım edib.

 

Qeyd edib ki, baş verənlər müvəqqəti dəyişiklikdir və narahatlığa əsas yoxdur:

 

"Hazırda işəgötürənlər tərəfindən cari ilin III rübü üzrə sosial sığorta haqlarına dair təqdim olunmuş hesabatların elektron sistemdə emalı prosesi aparılır. Bu prosesdə vətəndaşların pensiya kapitallarında əks olunan bəzi məlumatlarda müvəqqəti dəyişikliklər müşahidə oluna bilər.

 

Emal prosesinin 11 oktyabr saat 17:00-dək başa çatdırılması gözlənilir.

 

Texniki proses başa çatdıqdan sonra şəxsi kabinetlərdə məlumatlar dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş formada əks olunacaq".

 

Qeyd edək ki, sosial şəbəkələrdə vətəndaşlar pensiya kapitallarında müşahidə olunan dəyişikliklərlə bağlı narahatlıqlarını ifadə ediblər.

 

Tarix: 10 Oktyabr 2026, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin