BURADA REKLAMINIZ OLA
BİLƏR

Ombudsman Səbinə Əliyeva ilə bağlı AÇIQLAMA

"Bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın və onun Regional Mərkəzlərinin fəaliyyətinin dondurulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb".

 

Bu barədə Pravda.az-a Ombudsman Aparatından bildirilib.

 

Məlumatda qeyd olunur ki, Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir.

 

Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir.

Tarix: 28 Avqust 2020, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin