BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev İspaniya Kralını təbrik edib

Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu ünvanlatlb.

 

Pravda.az xəbər verir ki, məktubda deyilir:

 

"Əlahəzrət,

 

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

 

 

 

Tarix: 12 Oktyabr 2026, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin