BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Hicab tərəfdarlarının məktəblərin qarşısındakı etirazları İslam dininə ziddir”

Hicab tərəfdarlarının məktəblərin qarşısındakı etirazları İslam dininə ziddir. Din hökumətə bu cür etirazlara icazə vermir.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.

 

Ə.Həsənov qeyd edib ki, bu, həm xarici təxribatçıların, həm daxili araqatanların dəyirmanına su tökməkdir: “Qadağa ilə razı olmayan məhkəməyə müraciət edə bilər. Ümumən müsəlman müsəlman rəhbərə tabe olmalıdır. Təbii, dinə zidd olmayan əmrləri üzrə. Amma küçə etirazları yolverilməzdir. Bəs nə etsin müsəlmanlar? Əvvəla, dua etsinlər. Praktik yol isə budur ki, hicablı şagirdlər sadəcə hər gün məktəbə gələrək təhsil almaq niyyətlərində israrlı olmalıdırlar. Bu halda valideynləri də məsuliyyətə cəlb oluna bilməz. Çünki təhsildən yayınma faktı yoxdur”.

Tarix: 12 Oktyabr 2026, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin