BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmalə Ağazadə məktəblərdəki aksiyalara etiraz etdi: "Belə davam edərsə..."

"Etdiklərinizi anlayırsınız? Bu gün məktəblərdən çəkilən videolardan, paylaşımlardan vahid geyim qaydalarına qarşı etirazlar, xüsusilə İranın ideoloji təsirlərinə yaxın mövqelərin təşviqi, Azərbaycanın dünyəvi dövlət prinsiplərinə, milli dəyərlərinə və təhsil siyasətinə təsir göstərmək cəhdləri daha aydın bəlli olub".

 

Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

 

O bildirib ki, belə bir şəraitdə qanunun aliliyinin və dünyəviliyin qorunmasına, dövlətimizin dünyəvi prinsiplərinə dəstəyin ifadə olunmasına ehtiyac var:

 

"Belə davam edərsə, asayişi, qanunu pozanlara qarşı DİN tərəfdən yenə də müdaxilələr ola bilər. Uşaqları alət etməyin!"

Tarix: 12 Oktyabr 2026, 16:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin