BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 28-nə olan statistik göstəriciləri açıqlayıb.

Pravda.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 998 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 141 nəfər reanimasiyada, 16 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 35 986 nəfər virusa yoluxub, 33 461 nəfər sağalıb.

Bu gün 6 014 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 904 506 test aparılıb.

Qeyd edək ki, bu gün 142 koronavirusa yoluxma faktı qeydə alınıb, 97 nəfər sağalıb, 3 nəfər ölüb.

Tarix: 28 Avqust 2020, 20:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin