BURADA REKLAMINIZ OLA
BİLƏR

Rayonlara gediş-gəlişlə bağlı MÜHÜM MƏLUMAT

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin rejiminin tətbiqi avqsutun 31-dən sonra da davam edəcək.

 

Pravda.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, qeyd olunan ərazilərdə yoluxma halları yüksək olduğu üçün bəzi məhdudiyyətlər davam edəcək.

 

Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları isə 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

 

Qeyd edilib ki, sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.  

Tarix: 29 Avqust 2020, 10:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin