BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəhərlərdə sərtləşdirilmiş xüsusi karantin rejiminin saxlanılmasının səbəbi açıqlandı

Yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək”.

Pravda.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib. 

H. Hacıyev deyib ki, 10 nəfərlik qruplarlda fərdi tədris və repititor xidmətlərinin fəaliyyətinə icazə veriləcək: “Tədris müəssisələrinin mərhələli şəkildə sentyabrın 15-dən fəaliyyətə başlayacağı nəzərə alınaraq, fərdi tədris və repititor xidmətlərinə icazə verilir ”.


Tarix: 29 Avqust 2020, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin