BURADA REKLAMINIZ OLA
BİLƏR

Müxtəlif ölkələrdə koronavirusa təkrar yoluxma halları var - TƏBİB

“Müxtəlif ölkələrdə koronavirusa təkrar yoluxma halları var”.

 

Pravda.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.

 

A. Qurbanov deyib ki, birinci mərhələdə yüngül keçirənlərin ikinci mərhələdə daha ağır, ağır keçirənlərin daha yüngül keçirməsi barədə məlumatlar daxil olur: “Ona görə də xəstəliyi necə keçirməsindən asılı olmayaraq, insanlar maska, sosial məsafə və gigiyenik təmizliyə diqqət yetirməlidir. Qorunma tədbiri həm xəsəliyi keçirənlərə, həm də keçirməyənlərə aiddir”.

Tarix: 29 Avqust 2020, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin