BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO

ABŞ-nin “Tesla” şirkəti uça bilən “Roadster” elektrik mühərrikli idman avtomobilini təqdim edib.

 

Bununla bağlı görüntüləri “Tesla“ “X”  hesabında paylaşıb.

 

Təqdimat “SpaceX” şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonunda baş tutub.

 

“Mən çox şey görmüşəm, amma beləsini heç vaxt görməmişdim”, - “Tesla”nın rəhbəri İlon Mask tədbir zamanı bildirib.

 

Avtomobilin yeniliyi sıxılmış qaz buraxan və “uçuş” zamanı maşının vəziyyətini idarə etməyə imkan verən xüsusi sistemə malik olmasıdır.

 

Nümayiş zamanı avtomobil maneənin üzərindən uçaraq öz ətrafında çevrilib.

 

Həmin görüntüləri təqdim edirik:/Qafqazinfo

 

Tarix: 16 Oktyabr 2026, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin