BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp İraqla bağlı qərar verdi

ABŞ prezidenti Donald Tramp şənbə günü Amerika səlahiyyətlilərinin İraqdakı əsgər sayını azaltmaq barədə planlarını dəstəkləyib.

 

Pravda.az xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb.

 

“ABŞ İraqdakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır” deyə, o yazıb

 

ABŞ İraqda təxminən 5 200 hərbi qulluqçu saxlayır. Tramp adminstrasiyası qoşunların sayını 3 500-ə endirmək istəyir.

 

Qeyd olunub ki, amerikalı hərbçilərin sayının azaldılmasına səbəb İŞİD-dən gələn təhlükənin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunmasıdır.

 

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda terrorçulara qarşı 2014-cü ildən bəri əməliyyat keçirir.Report

Tarix: 30 Avqust 2020, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin