Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan adam öldürmədə və xuliqanlıqda təqsirləndirilən Rəvan Sehranoğlunun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş Elvin Quliyevə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurub, həmin xəsarətin yaratdığı fəsadlar isə ehtiyatsızlıqdan ölümə səbəb olub.
Məhkəmədə ifadə verən 2002-ci il təvəllüdlü Rəvan Sehranoğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və hadisənin başvermə şəraiti barədə danışıb.
Onun sözlərinə görə, 2025-ci il dekabrın 30-da Elvin Quliyev ondan 60 manat borc istəyib və o, həmin məbləği verib. Ertəsi gün Cəlilabad rayonunda yerləşən evinə qayıdıb, daha sonra isə işlədiyi yerə gəlmək üçün Qobuya gedib.
Təqsirləndirilən şəxs bildirib ki, həmin gün axşam Elvinə mesaj yazaraq borcun qaytarılmasını istəyib. Bunun qarşılığında Elvin onun ünvanına nalayiq ifadələr və söyüşlər işlədib. O isə qarşılıq vermədən, aralarında yaxın münasibət olduğunu xatırladaraq belə danışmağın düzgün olmadığını deyib.
Daha sonra tərəflər aralarındakı münaqişəni həll etmək üçün Bakı şəhərinin Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində, “Qaradok” kimi tanınan hərbi şəhərcikdə aptekin qarşısında görüşüblər. Rəvan Sehranoğlunun ifadəsinə görə, Elvin ondan üzr istəyib və tərəflər söhbətdən sonra birlikdə həmin ərazidən ayrılıblar.
Lakin piyada hərəkət etdikləri zaman aralarında yenidən mübahisə yaranıb. Təqsirləndirilən şəxs Elvinə əvvəlki söhbətin yersiz olduğunu bildirdikdə, zərərçəkmiş ona yenidən nalayiq ifadələr işlədib və etdiyinə görə peşman olmadığını, əksinə, yaxşı etdiyini deyib.
İttiham materiallarına əsasən, hadisə bu il saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən “Mərva Optika” mağazasının qarşısında baş verib.
Rəvan Sehranoğlu zərərçəkmiş Elvin Quliyevin onun ünvanına yenidən ağır söyüşlər işlətməsini bəhanə edərək üzərində gətirdiyi mətbəx bıçağı ilə Elvinin qarın nahiyəsinə bir zərbə endirib.
Zərbə nəticəsində zərərçəkmiş şəxsin qarın nahiyəsinin sağ yarısının ön divarından qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara əmələ gəlib. Xəsarət qaraciyərin, 12 barmaq bağırsağın, nazik bağırsağın və mədəaltı vəzin zədələnməsi, eləcə də II-III dərəcəli hemorragik şokla müşayiət olunub. Bu xəsarət həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, hadisə zamanı Elvinin əlində bıçaq olmayıb. O, zərbəni zərərçəkmiş şəxsin söyüşlər işlətməsinə görə endirdiyini, bundan sonra şok vəziyyətində hadisə yerini tərk etdiyini deyib.
Hadisə günü özünü müdafiə etmək məqsədilə Zirə yolu üzərində yerləşən marketdən bıçaq aldığını qeyd edib. Görüşə getməkdə məqsədinin barışmaq olduğunu bildirən təqsirləndirilən şəxs hadisədən sonra əvvəlcə Cəlilabaddakı evinə yollandığını, daha sonra polisə gedərək təslim olduğunu qeyd edib. O, törətdiyi əməldən peşman olduğunu da bildirib.
İbtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş Elvin Quliyev ifadəsi məhkəmədə elan olunaraq araşdırılıb.
O, ifadəsində Rəvanla əvvəllər birlikdə işlədiklərini və eyni evdə kirayədə yaşadıqlarını deyib. Elvinin sözlərinə görə, tərəflər arasında borcun məbləği ilə bağlı fikir ayrılığı yaranıb. O, əvvəlcə borcun bir hissəsinin birgə yemək hesabı ilə əlaqəli olduğunu qeyd etsə də, sonradan Rəvanın ondan 60 manat tələb etdiyini bildirib.
Zərərçəkmiş şəxs ifadəsində Rəvanın ona dəfələrlə səsli mesajlar göndərdiyini və zəng etdiyini, bundan əsəbiləşərək onun ünvanına söyüşlər işlətdiyini söyləyib. Daha sonra Rəvanın dayısı Ağaşirinin də ona zəng etdiyini və aralarında qarşılıqlı söyüşlərin baş verdiyini bildirib.
Elvin Quliyev qeyd edib ki, hadisə günü Rəvan onun iş yerinə gəlib. Onlar yaxınlıqdakı kafedə görüşərək söhbət ediblər, o, Rəvandan üzr istəyib və tərəflər barışıblar. Daha sonra taksi ilə yaşadığı evə tərəf gediblər.
Zərərçəkmiş şəxs bildirib ki, Suraxanı keçidi adlanan ərazidə taksidən düşdükdən sonra mağazadan siqaret almaq istədiyini Rəvana deyib. Mağazadan çıxandan sonra birlikdə yaşadığı küçəyə tərəf hərəkət edərkən Rəvan qəfil onu bıçaqlayıb. Arınca Rəvan bıçağı yerə ataraq hadisə yerindən qaçıb. Elvin əvvəlcə xəsarətin ciddiliyinə əhəmiyyət verməsə də, qan gördükdən sonra bıçaqlandığını anlayıb.
İttihamda göstərilir ki, zərərçəkmiş şəxs aldığı ağır xəsarətlə əlaqədar tibb müəssisələrində ixtisaslı tibbi yardım və müalicə alıb. Lakin qarın boşluğundakı daxili orqanların zədələnməsi, əməliyyatdan sonrakı dövrdə orqanizmin üzülməsi və ümumi intoksikasiya nəticəsində onun vəziyyəti ağırlaşıb.
Nəticədə Elvin Quliyev müalicə aldığı xəstəxanada vəfat edib.
İttihama görə, ölüm qəsdən yetirilmiş deşilmiş-kəsilmiş yaranın yaratdığı fəsadlarla əlaqədar baş verib.
Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ifadəsi dinlənilib, ibtidai istintaq mərhələsində zərərçəkmiş şəxsin verdiyi ifadə elan olunaraq araşdırılıb. İşin faktiki halları və cinayət hadisəsinin başvermə şəraiti məhkəmə istintaqında tədqiq edilən sübutlar əsasında qiymətləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Sehranoğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
Ən son xəbərləri səhifəmizdən də izləyin