BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobilinə dövlət gerbi və ya digər şəkilləri yapışdıranların nəzərinə

Son günlər mübahisə doğuran məsələlərdən biri avtomobillərin üzərinə stiker formasında dövlət gerbi və ya digər şəkillərin yapışdıranların cərimələnməsidir. Bəzi vətəndaşlar bunu qayda pozuntusu olmadığını desələr də, bəziləri məhz bu səbəbdən dəfələrlə cərimlələndiklərini bildirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Razil Nağıyevin sözlərinə görə, avtomobilə gerb və ya başqa şəkil yapışdırmağın birbaşa yol hərəkəti qayda pozuntusu sayılmır.

Ekspert Razil Nağıyev - FOTOBAZA Pravda.az

O qeyd edib ki, qadağa əsasən stikerin yerləşdiyi yer və yaratdığı maneə ilə bağlıdır: ““Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin VII bölməsinin 3-cü bəndinə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan və ya yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyaların qoyulması yolverilməzdir. Buna görə, ön şüşədəki şəkil yolu, nişanları, işıqforları və ya piyadaları görməyə mane olarsa, yaxud arxa şüşədəki təsvir sürücünün görmə imkanını məhdudlaşdırarsa, məsələ qayda pozuntusu kimi qiymətləndirilə bilər”.

 

Mütəxəssisin sözlərinə görə, dövlət gerbinə ayrıca diqqət yetirmək lazımdır: “Gerbdən istifadə 2019-cu il qanunu ilə tənzimlənir, qanun gerbin rəsmi istifadə sahələrini müəyyən edir, istifadənin digər hallarının qaydasını isə səlahiyyətli qurumun müəyyən etməsini nəzərdə tutur. Eyni zamanda, gerbin təhrif edilməsinə yol verilmir. Bu qaydalar gerbin istifadəsi ilə bağlı ayrıca hüquqi məsələ yarada bilər, amma avtomobilə gerb stikerinin yapışdırılmasına görə konkret yol hərəkəti cəriməsinin tətbiq olunduğu anlamına gəlmir. Kiçik ölçülü, sürücünün görünüşünə mane olmayan və avtomobilin nömrəsini, işıqlarını örtməyən şəkil və ya stikerə görə cərimə tətbiq olunması üçün konkret hüquqi əsas göstərilməlidir. Cərimə yazılarsa, qərarda göstərilən maddəni və stikerin hansı qaydanı necə pozduğuna dair əsaslandırmanı yoxlamaq məqsədəuyğundur”.

 

Şəhanə Qədirli

Tarix: 23 Oktyabr 2026, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin