BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azlıq olmuş insanlara münasibətim elədir ki, hərə öz bədəninin sahibidir" - Azər Qərib

Ə qardaş canı, dünyanın başı xarab olub. Hamı girişib tolerantlıq müsabiqəsinə.

Oğlan demək olmaz, qız demək olmaz, valideyin 1, valideyin 2, amerikanski kinoda iki kişi vzasos öpüşməsələr, bu kinonun uğur şansı bizim karantindən çıxmaq şansımıza bərabərdir.

Uşaq bağçasında qonşu qarşokda oturan qızın saçından dartmısan, 70 yaşa çatıb indi səni məhkəməyə verir ki, xarrasment olmuşdu, qoymadı rahat kakat edim.

"Qey-paradda iştirak etməyən homofobdır", "ar olsun heterolara", adam qorxur xanımlara baxmağa ki, lağa qoyarlar.

İki oğlanın toyuna gedirsən, bilmirsən pulu hansı qutuya salasan, oğan evi nahsıdır, qız evi hansıdır, belə dərd olar?

Deməli, bir neçə ilin söhbətidir, İstanbulun ən möhtəşəm otellərindən biri Azərbaycandan bir qrup səyahət yazarlarını dəvət etdi ki, gəlin müftə qalın, hər şey bizdən.

4 - 5 nəfər getdik, qlamur jurnallardan biri isə jurnalıst deyil, özlərinin saç ustasını göndərdi, hamam suyu ilə dost qazanmağdan kim qaçar?

Cavan, simpatıçnı oğlandı, klyovıy çuvak fason, görsənir ki, qeydir, amma kimə nə dəxli, hamımız tolerant, xaricə tez-tez gedən, müasir düşüncəli insanlarıq.

Biraz xaşiyə çıxım.

Mənim istər qeylərə, istər translara, istər digər nə vaxtsa azlıq olmuş insanlara münasibətim elədir ki, hərə öz bədəninin sahibidir.

Özü bilər, kimlə bölüşər, nəyini kəsər, nə calayar, sadəcə adam olsun, bu bir, ikincisi də, öz həyat tərzini aqressiv tərzdə təbliq etməsin.

Dəymə mənə, dəyməyim sənə məsələsi.

Xaricdə tanıdığım qeylər var ki, bəzi kişilərə kişilik dərsi verərlər, amma sözüm onda yox.

Xulasə, ilk anlardan bizim bu oğlana antipatiyamız yarandı. Nə salam, nə kəlam, qöylə gedir, hamını gözlədir, özünü elə aparır ki, elə bil dəvədir, qanadı da bonus verilib buna.

Birinci gün yalnız pafosla onu dedi ki, "ya stilist" və bununla da ünsiyətimiz bitdi.

Nə başınızı ağradım, sonuncu gündür, deyiblər ki, səhər 9-da olun lobbidə, 9.15-də maşın tərpənəcək aeroporta, gecikməyin pliz.

Səhər hamımız düşdük aşağı, sumkalarımızı yüklədik və oturduq avtobusa, bircə bu stilist yoxdur.

9.15, 9.30, 9.45 - hamımız oturub bunu gözləyirik, bundan xəbər yox.

Otağa zəng edirlər, cavab verən yox, menecer adam yollayır otağına, deyir yoxdur, mobilnısı cavab vermir, biz isə artıq gecikirik reysə.

Saat 10 oldu, birdən otel işçisi tənqinəfəs gəldi ki, bəs hər ehtimala qarşı spa-salona da dəydim, sizin dostunuz orada vanna qəbul edir, proseduru var.

Nəəəəə????

Oy da, mən bir cırradım, hüsyan qaldırdım ki, sürün gedək, özü taksi ilə gələr, amma məni dilə gətirdilər ki, 5-cə dəqiqə də döz, gəlir indi.

Nə, isə, heç 40-ı çıxmamışdı ki, bizim stilistimiz gəldi, bəxtəvər başımıza və deyin heç olmasa bircə kəlmə izvinite dedi?

Zırt!

Heçnə olmamış kimi gəlib oturdu, elə bil belə də olmalıydı. Uff, inanın, indi mən elə yanıram, elə yanıram, ibnəliyim cırır məni ki, bunu necə sancım.

Və qayıtdım ki - "Prastite, a vı parikmaxer, da? A v kakoy parikmaxerskoy rabotayete?"

Pəh, görsəydiniz bu nə hala düşdü, uff, ləzzət e, ləzzət!

"Ya ni parikmaxer, ya stillist! U minya svoy salon!"

Elə xoddandı, bütün günahını yudu qəzəbi ilə, ürəyimdən tikanı çıxardıb əlimdə oynada oynada çatdım hava limanına.

Bakıya qayıdandan sonra gedib demişdi ki, "Azer Qarib qamafob, paetamu minya abidil".

Sənin düşüncənin təpəsinə daş düşsün elə...

Azər Qərib

Tanınmış jurnalist

Tarix: 30 Avqust 2020, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin