BURADA REKLAMINIZ OLA
BİLƏR

Şərurda anbarda yükün aşması nəticəsində bir nəfər ölüb, 1 nəfər xəsarət alıb

Şərur rayonunda bədbəxt hadisə baş verib.

 

Rayonun İbadulla kəndində soyuducu anbarda yük rəflərinin aşması nəticəsində 2 nəfər yükün altında qalıb.

 

Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Məmmədova həyatını itirib. 1976-cı il təvəllüdlü Səidə Zamanova xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Şərur rayon prokrorluğunda araşdırma aparılır./APA

Tarix: 23 Oktyabr 2026, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin