BURADA REKLAMINIZ OLA
BİLƏR

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı – FOTO

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq".

 

Bu barədə "Sea Breeze" layihəsinin sahibi və təsisçisi, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov məlumat verib.

 

"Royale Casino"nun tikintisi sürətlə davam edir. Kazino 2027-ci ilin mayında açılacaq", - deyə E.Ağalarov bildirib.

 

Qeyd olunub ki, 90 min kvadratmetr sahəsi olan kazino Xəzər dənizinin Azərbaycan sektorunda, "Sea Breeze" ərazisində yaradılan süni yarımadada inşa edilir. Binanın hündürlüyü 35 metr olacaq.

 

Kazinoda 12 VIP zalı və beynəlxalq poker turnirlərinin keçirilməsi üçün nəzərdə tutulan əsas zal fəaliyyət göstərəcək. 21 yaşına çatmamış şəxslərin kazinoya girişinə icazə verilməyəcək./Oxu.az

 

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı - Foto

Tarix: 24 Oktyabr 2026, 00:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin