“Koronavirusun yaşatdığı bəla fonuyla zarafat etdiyimiz, onu tam səmimiyyətlə sıralarımıza qəbul etməyə hazır olmadığımız daha qorxuludur. Lağa qoymaq, şou-biznes nümayəndələrinin müntəzəm olaraq toy-şadyanalıq tələbləri daha çox bu müstəvidə özünü göstərir. Amma “Evləri köndələn yar”-ın məşhur qəhrəmanının sözləri ilə desək, “sən indi toyda bir dəfə sındıra-sındıra oynayacaqsan, oxuyacaqsan deyə vətəndaşların həyatı təhlükəyə atılmalıdır?! Sosial şəbəkə dərin təhlil yeri deyil. Burada atüstü düşüncə hökmü-rəvandır. Məsələn, tutaq ki, hər hansı dövlət məmuru işdən kənarlaşdırılıb. Sosial şəbəkə, daha çoxda onun facebook cameəsi onu linç edir. Məkrli təbəqə isə bir qədər də irəli gedərək, onun bütün fəaliyyəti dövrünü başdan ayağa səhvlər toplusuna çevirir. Bu məmurun şəxsi səhvlərini, cinayətlərini onun öz səlahiyyətləri çərçivəsində atdığı adımlara da müncər edir. İlk baxışda keçmiş məmur tənqid edilir. Amma sətir altında, oğrun-oğrun yürüdülən bu zəhərli xəttin məqsədi keçmişlə gələcəyi şantaj edərək yeni məmurlarla əməkdaşlıqdan sapındırma, çəkindirməkdir”.
Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
“Guya tənqid edilir sabiq məmur, amma yadda Prezidentdir, hədəf o seçilir, onun siyasəti, kursu şübhə altına alınır. Bu cür bəsit yanaşmada məqsəd sadədir: İndi vəzifədə olan şəxslərlə hər hansı əməkdaşlıq, koordinasiya gələcəkdə şantaj edilə biləcək deyə ya etinasız qarşılanır, ya da subardinasiya qaydalarını təsirsiz edərək sabataj şəraiti yaradır. Hansısa dırnaqarası ağıllı öz aləmində “tapıntı aşkar edir-Qızına elçi düşəndə atam-atam deyirdin, indi nə oldu? Onun ardınca da başlanır “gəlin indi nəğməni başdan çalaq!” təklifinin birləşmiş xoru... Əslində sosşəbəkədə antidövlət PİAR-ı aparılır. Bu gün daha bir sosial müdafiə nazirliyinə ehtiyac var. Daha doğrusu sosial şəbəkədən müdafiə nazirliyinə. Hüquq-mühafizə orqanları sosial şəbəkədə ciddi yerləşməlidir. Burada bəlkə hüquq-mühafizə orqanlarının virtual kabinetləri, şöbələri, idarələri açılmalıdı, burada bəlkə virtual patrul xidməti təşkil edilməlidir, bəlkə yeniyetmələr üzrə müfəttişlər, bəlkə ağır cinayətlər üzrə müfəttişlər olmalıdır. Eynilə real həyatda olduğu kimi. Çünki virtuallıq reallığa çevrilib. Cəza tədbirləri də virtual müstəvinin qaydalarına uyğun olaraq görülməlidir.
Hələ ki, bura çox basırıq və qaydasızdır. Təhlükəlidir. Mühüm mövzular gündəlikdən çıxarılır. Əvəzində kiməsə lazm olan məsələlər cücərdilir, böyüdülür. Problemləşdirilir. İctimailəşdirilir. Məsələn 15 iyul hadisələrində, bütün xarakteri ilə dövlət çevrilişinə cəhd kimi qəbul etdiyim Parlament binasına soxulma faktı, yaxud orda fəallıq, istiqamətvericilik edən AXCP nümayəndlərinin fəaliyyətinin araşdırılması kimi mövzular gedib düşüb ən ucqara! Maraqlı bir ovqat yaradılıb. Təsəvvür edin. Məsələn bir nəfər yazır ki, niyə gömrük orqanları qeyri kommersiya məqsədilə ölkəyə gətirilən malların rüsumunu müəyyən həddədək limitləyib. O birisi də dərhal cavab verir, özü də çox kinli, qəzəbli şəkildə. Onları biz maraqlandırmırıq. Onlardan ötrü əsas büdcəni doldurmaqdır. Daha orasını araşdıran yoxdur ki, axı büdcə də elə xalq üçündü və Prezident pandemiya şəraitinin bizə hazırladığı növbəti qara sürprizlərin qarşısına növbəti sosial müdafiə paketilə çıxanda bu vəsaitə müraciət edəcək” – M.Ağayev qeyd edib.
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
Ən son xəbərləri səhifəmizdən də izləyin