BURADA REKLAMINIZ OLA
BİLƏR

AXC nazirinə abidə qoyuldu

İstanbulun ən çox turistləri qəbul edən səmti Bəyoğluda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və 2-ci Daxili İşlər naziri olmuş Behbud Xan Cavanşirin xatirə lövhəsinin açılışı olub.

 

Pravda.az xəbər verir ki, abidə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən Behbud xan Cavanşirin erməni terrorçu tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında qoyulub.

 

 

Mərasimdə Behbud Xanın qardaşının nəvəsi Mahir bəy Əliyev, konsulluğun nümayəndələri iştirak edib.

 

 

Qeyd edək ki, 1921-ci il iyulun 18-də “Daşnaksütyun” erməni terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilən Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğlu olub. 1918-ci ilin iyunun 17-də Fətəli xan Xoyskinin yaratdığı hökumətdə Daxili İşlər naziri vəzifəsini tutan Behbud xan Cavanşirin Azərbaycanda bu sistemin formalaşmasında xidmətləri danılmazdır. O, eyni zamanda, ölkənin Ticarət və Sənaye naziri kimi də fəaliyyət göstərib.

 

Tarix: 18 Dekabr 2019, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin