BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Həsənovdan yeni işi ilə bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov paytaxtın Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında özünə yeni qərargah seçməsi barədə ötən gedən yazıya reaksiya verib.

 

Pravda.az-ın Demokrat.az-a istinadən verdiyi xəbərə görə, Əli Həsənov bildirib ki, o, Beynəlxalq Mətbuat Mərkəzinin binasına ara-sıra gedir: "Mənim yeni iş yerim və kabinetim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındadır. Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm. Beynəlxalq Mətbuat Mərkəzində isə mənim baş redaktoru olduğum "Geostrategiya" jurnalı yerləşir".

 

Əli Həsənov elmi fəaliyyətlə məşğul olduğunu bildirib.

Fotoları təqdim edirik
Tarix: 18 Dekabr 2019, 14:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin