BURADA REKLAMINIZ OLA
BİLƏR

Modern.az-ın 11 yaşı tamam oldu

Bu gün Modern.az Xəbər Agentliyinin fəaliyyətə başlamasının 11 ili tamam olur.

Pravda.az xəbər verir ki, Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır.

Modern.az-ın kollektivini təbrik edirik.

Tarix: 1 Sentyabr 2020, 09:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin